AZ

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar bir sıra qanunlarda dəyişiklik edib

Bakı. Trend:

İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilənabidələrin qorunması qaydalarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” AzərbaycanRespublikasının Qanununun icrası ilə əlaqədar bəzi qanunlardadəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirilərkənabidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilataməlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindəniki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlaraparılmalı və digər tədbirlər görülməlidir.

Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədənminatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsiilə davam etdirilə biləcək.

Minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edənzonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindənnəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öznümayəndəsinin və mütəxəssisin iştirakını təmin edəcək.

Həmçinin, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyətiaparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi vəarxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir,minatəmizləmə fəaliyyəti və təsərrüfat işlərinin aparılması“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanununtələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Dəyişikliklə əhalinin sağlamlığının qorunması sahəsindəminatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqlarıgenişləndirilir.

“Minatəmizləmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraqzərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrindəixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaitihesabına (“Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlərzərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığortavəsaitləri hesabına) təmin olunacaqlar.

Dəyişikliyə əsasən, Azərbaycanda heyvanlardan minatəmizləməfəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədiləistifadə edilməsinin hüquqi əsası yaradılır.

Belə ki, digər normativ hüquqi aktlarının tələblərinə əməl etməkşərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcısursatların aşkarlanması məqsədilə standart əməliyyatprosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.

Məqalədə:
Seçilən
189
6
az.trend.az

7Mənbələr