525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı ölkənin uzunmüddətli mədəni inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm və tarixi əhəmiyyət daşıyır”.
Bu sözləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib.
O bildirib ki, bu Konsepsiya Azərbaycan mədəniyyətinin qorunması, müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi və beynəlxalq mədəni məkanla inteqrasiyasını hədəfləyən sistemli yanaşmanı ortaya qoyur.
“Sənəd milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin mühafizəsi ilə yanaşı, mədəniyyət sahəsində innovativ yanaşmaların, rəqəmsallaşmanın və yaradıcı sənayelərin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyətin təkcə ideoloji və estetik sahə deyil, həm də sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Burada regionlarda mədəni infrastrukturun gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın bərpası, mədəni müxtəlifliyin təşviqi və gənc istedadların üzə çıxarılması xüsusi yer tutur.
Eyni zamanda Konsepsiya Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması, milli brend kimi möhkəmləndirilməsi və mədəni diplomatiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Bu sənəd dövlətin mədəniyyət siyasətində ardıcıllığı, uzaqgörənliyi və milli kimliyə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam Azərbaycan mədəniyyətinin gələcək onilliklərdə davamlı inkişafını təmin edən yol xəritəsi olmaqla yanaşı, milli irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm strateji sənəd kimi dəyərləndirilməlidir”, - deyə millət vəkili əlavə edib.
Şahanə Müşfiq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.