AZ

Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ!

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından“2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosialyardımının verilməsi” ilə bağlı elanlar yayılıb.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)məlumat yayıb.

Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir.Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsiyoxdur.

Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşlarıçaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarınıpaylaşmağa təşviq edir.

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəlipaylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlarüçün yalnız “mygov”un rəsmi kanallarını izləməyə çağırırıq.

Seçilən
117
29
az.trend.az

10Mənbələr