AZ

Finlandiyada “Pohyanmaa” sinifindən olan növbəti korvetlər hazırlanır

Dünən Finlandiyanın Rauma Marine Constructions (RMC) gəmiqayırma zavodu ölkənin Hərbi Dəniz Qüvvələri üçün “Pohyanmaa” sinifli üçüncü çoxməqsədli korvetin təməlini qoyub.

Herbiand.az bildirir ki, eyni vaxtda dördüncü gəmi üçün metal kəsmə işləri də başlayıb.

Bu sinifdən olan korvetlər Finlandiya Hərbi Dəniz Qüvvələrinin 4 “Rauma” sinifli sürətli hücum raket qayığını, eləcə də Finlandiya dəniz flaqmanı “Pohyanmaa” da daxil olmaqla üç mina qatan gəmini əvəz edəcək. Bu korvetlər müdafiə işlərindən əlavə, ticarət gəmilərini və dəniz infrastrukturunu qorumaq vəzifəsini də daşıyacaq.

Uzunluğu 114 metr, eni 16,5 metr, su tutumu 3800 ton olacaq. Bildirilən heyət üzvünün sayı 73 nəfərdir (tutumu - 120).

Korvetlərin silahlanmasına 57 mm-lik “Bofors” topları, Israel Aerospace Industries şirkətinin “Gabriel-5” gəmi əleyhinə raketləri, ABŞ-ın Raytheon şirkətinin RIM-162 ESSM zenit raketləri, eləcə də İsveçin Saab şirkətinin yüngül 323 mm-lik torpedaları və məsafədən idarə olunan 12,7 mm-lik döyüş başlıqları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr