AZ

Binəqədi rayonunda yataqxana binasında yanğın başlayıb, sakinlər təxliyə edilib- VİDEO - YENİLƏNİB-1

Binəqədi rayonunda yataqxana binasında yanğın baş verib.

APA-nın hadisə yerində olan əməkdaşı verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. Bina sakinləri təxliyə edilib, xəsarət faktı qeydə alınmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

15.38

Xəbərə video əlavə olunub

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

15.02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
29
27
apa.az

10Mənbələr