Elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir.
"Football-plus.az" xəbər verir ki, hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb.
AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub. Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib.
UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta