futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Beşiktaş” futbolçusu Elan Rikardonu icarəyə verib.
Futbolpress.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ölkəsinin “Deportes Tolima” klubuna keçib. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq.
Elan mövsümün birinci dövrəsini Braziliyada “Atletiko Paranaense”də keçirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.