ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev viza probleminə görə İngiltərənin Şeffild şəhərində keçirilən Avropa çempionatına qatıla bilməyib.Bunu "Report"a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.Qurum rəsmisi bildirib ki, idmançının adı əvvəlcə iştirakçılar sırasında yer alsa da, yaranan problemə görə sonradan siyahıdan çıxarılıb.Qeyd edək ki, Vladimir Litvintsev fevralın 6-dan 26-dək İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. Bu yarışa həmçinin dağ xizəkçisi Anastasiya Papatoma vəsiqə qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.