Yuliya Timoşenkonun həbsi Vladimir Zelenskinin rəqiblərini "təmizləmək" kampaniyasının bir hissəsidir.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, Ukrayna pezidenti potensial rəqiblərini tam miqyaslı təmizləməyə başlayıb.
Medvedev Batkivşina liderinin həbsinin ABŞ-ın siyasi hesablamalarının nəticəsi olduğunu və onun "zahirən zəif bir kart oynamaq" qərarına gəldiyini irəli sürüb. O, həmçinin xəbərdarlıq edib ki, tarixi dərslərə əsaslanaraq Ukrayna siyasətindəki oxşar daxili münaqişələr "qanlı Maydan"a və ya siyasətçilərin ölkədən qaçmasına səbəb ola bilər.