AZ

YPX əməkdaşları silah gəzdirə bilər?

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu günlərdə sosial şəbəkədə YPX əməkdaşlarının təlim prosesində “NİVA”markalı avtomobili saxlatması, şüşəsini sındırması və saxlanılan şəxsə silah tuşlamasına dair görüntülər yayılıb.

Həmin görüntüləri şərh edən vətəndaşlardan bəziləri YPX əməkdaşlarının bu davranışının prosessual qanunvericiliyə nə dərəcədə əməl etməsinə dair müzakirə açıb.

Hüquqşünas Elçin Kazımi Gununsesi.info-ya deyib ki,  YPX-nın hüquqi statusu və real səlahiyyətləri var:

“YPX əməkdaşları Daxili İşlər Nazirliyinin strukturuna daxil olan polis əməkdaşlarıdır və “Polis haqqında” Qanuna əsasən, bütün polis səlahiyyətlərinə malikdirlər. Bu da o deməkdir ki, YPX əməkdaşı xidməti tabel silah daşıyır, inzibati icraat aparır, şəxsi və nəqliyyat vasitəsini saxlayır, axtarışda olan şəxsi müəyyən edib saxlayır, qanunun tələblərini yerinə yetirməyən şəxsi məcburi qaydada polis orqanına aparır. Prosessual hərəkətlər (axtarış, götürmə və s.) isə cinayət prosesi zamanı müstəntiq və ya məhkəmə qərarı ilə icra olunur. Təlimlərdə göstərilənlər YPX-da qadağa deyil, bütün polis orqanları üçün eyni hüquqi normadır”.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr