AZ

Bu istiqamətlər üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax,Qazax–Gəncə və Şabran–Siyəzən şəhərlərarası avtobus marşrutlarıüzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 569 nömrəli şəhərətrafı (Masazır qəsəbəsi – BakıBeynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs"Çinar-Trans" MMC;

Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutları üzrəhüquqi şəxs “Xoşqədəmli” MMC;

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;

Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Cəfərov Samir Vaqifoğlu və Əsgərov Taleh Qafar oğlu;

Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Nağıyev Araz Hüseynoğlu və Cəfərov Samir Vaqif oğlu;

Şabran-Siyəzən marşrutu üzrə fiziki şəxs Ələsgərov Afiq Ağasıoğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Seçilən
138
4
az.trend.az

6Mənbələr