AZ

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq – Prezident fərman imzaladı » AzadMedia.az



Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak müəyyən kateqoriyalar istisna olmaqla ödənişli olacaq. Bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 23 dekabr 2025-ci il tarixli 321-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
Yeni qaydalara əsasən, müəllimlərin işə qəbulu müsabiqəsində ilk dəfə iştirak edən şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad ediləcək.
Digər namizədlər üçün isə müsabiqədə iştirak ödənişli əsaslarla həyata keçiriləcək. Qərarın əsas məqsədi müəllimlərin işə qəbulu prosesinin daha səmərəli təşkili, inzibati xərclərin tənzimlənməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.
Qeyd edək ki, Fərmanda müvafiq icra hakimiyyəti orqanlarına yeni qaydalardan irəli gələn məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.
Mövzu ilə bağlı ətraflı məlumat Prezidentin rəsmi internet səhifəsində dərc olunub.


Ətraflı: ⤵️
https://president.az/az/articles/view/71306
https://president.az/az/articles/view/71309

#PrezidentAz #ElmVəTəhsilNazirliyi #EduGovAz #Fərman
Seçilən
62
1
azadmedia.az

2Mənbələr