AZ

Sabah Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

Sabah Bakının Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılacaq. Bu işlərlə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
75
32
redaktor.az

10Mənbələr