AZ

Əmisi ilə birgə maşını işlək vəziyyətdə qoyub yatdılar Faciə ilə sonlandı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Füzulidə iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisinə işləmək üçün gedən 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu 28 yaşlı Vüsal Hətəmli onlara məxsus avtomobili işlək vəziyyətdə qoyaraq yatıblar.

Daha sonra avtomobilin qızdırıcısında yaranan karbon monoksid qazı (dəm qazı) onların boğularaq ölməsinə səbəb olub.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
6
qafqazinfo.az

8Mənbələr