AZ

Yaxın günlərdə gümüşün qiyməti ARTACAQ ŞƏRH

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Son bir həftə ərzində qiymətli metallar bazarında, xüsusilə də gümüşdə ciddi qiymət artımları müşahidə olunub. Cəmi 4-5 gün ərzində qiymətlərdə 21 faizdən artıq yüksəliş qeydə alınıb. Bu artımı dəstəkləyən bir sıra amillər mövcud idi".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib."ABŞ Federal Ehtiyat Sisteminin rəhbərliyinə qarşı siyasi təzyiqlər, açılan cinayət işi, inflyasiya göstəriciləri fonunda uçot dərəcəsinin aşağı salınması ehtimalları, Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı risklər, proqnozlaşdırılması çətin olan iqtisadi və siyasi proseslər, eləcə də ABŞ-ın İrana mümkün müdaxiləsi ilə bağlı gözləntilər investorları qiymətli metallara yönəltdi".O bildirib ki, qızıl bazarında qiymətlərin yüksək risk həddinə çatması fonunda investorların diqqəti daha çox gümüşə yönəldi və bu da artımı sürətləndirdi:"Lakin hazırda bazarlar Donald Trampın qiymətli metallara, xüsusilə gümüşə əlavə rüsumların tətbiqini təxirə salması qərarını qiymətləndirir. Bu səbəbdən gümüş yenidən dəyər itirməyə başlayıb və son günlərdə qazandığı artımın təxminən 7-10 faizini geri verib.Hazırda bazarda geri dönüş və satış meyilləri güclənib, qiymət azalması müşahidə olunur. Ümumilikdə isə bu proseslərin Azərbaycandakı qiymətlərə təsirinə gəldikdə qeyd etmək lazımdır ki, gümüş ölkədə əsasən investisiya aləti kimi deyil, gündəlik istifadə və zinət əşyası məqsədilə istifadə olunur. Bu məhsulların böyük hissəsi idxal edildiyi üçün dünya bazarlarında baş verən qiymət dəyişiklikləri yerli bazara da təsirsiz ötüşmür".O deyib ki, qiymət artımları adətən daxili bazarda daha sürətlə əks olunur:"Azalmalar isə nisbətən gecikmə ilə baş verir. Bunun səbəbi tələbin intensiv olmaması və sahibkarların qiymət endirimi ilə bağlı qərar qəbul etməkdə ehtiyatlı davranmasıdır. Buna baxmayaraq, son günlərdə müşahidə olunan qlobal qiymət artımlarının yaxın dövrdə yerli gümüş bazarına da artım istiqamətində təsir göstərəcəyi gözlənilir".Əfsanə Kamal 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
demokrat.az

1Mənbələr