
Fransa münaqişə kontekstində Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi məsələsində ABŞ-ı əvəz edir.
Xalqcebhesi.az xəbər verir ki, bu bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.
“Bir il əvvəl Ukrayna əksər hallarda ABŞ-ın kəşfiyyat imkanlarından ciddi şəkildə asılı idi. Bu gün isə həmin imkanların üçdə ikisi Fransa tərəfindən təmin olunur”, — deyə Makron Fransanın cənubunda yerləşən İstr aviabazasında hərbçilər qarşısında çıxışı zamanı bildirib. Görüş Yelisey sarayının X sosial şəbəkə səhifəsində yayımlanıb.
Bundan əvvəl ABŞ Kiyevə ötürülən kəşfiyyat məlumatlarının həcminin azaldıldığını açıqlamışdı.
Məryəm Quliyeva