Bakı. Trend:
TRIPP sənədinin açıqlanması regionda formalaşmaqda olan yenisiyasi və iqtisadi reallıqların məntiqi davamı kimiqiymətləndirilməlidir. Bu sənəd təkcə texniki və ya prosedurxarakter daşımır, eyni zamanda Cənubi Qafqazda uzunmüddətlisabitlik, kommunikasiyaların açılması və regional əməkdaşlığıninstitusionallaşdırılması istiqamətində atılan ardıcıl addımlarıngöstəricisidir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Jalə Əliyevadeyib.
Millət vəkilinin sözlərinə görə, TRIPP sənədinin ictimaiyyətəaçıqlanması 8 avqust Vaşinqton görüşündən sonra yaranmış müsbətsiyasi dinamikanın davamı kimi dəyərləndirilə bilər:
“Həmin görüş regionda kommunikasiyaların açılması, qarşılıqlıetimadın gücləndirilməsi və praktiki əməkdaşlıq mexanizmlərininqurulması baxımından mühüm mərhələ idi. TRIPP sənədi bu proseslərinkonkret çərçivəyə salınmasının, razılaşmaların artıq konseptualsəviyyədən praktik mərhələyə keçdiyinin göstəricisidir.
Azərbaycan üçün əsas məqam ondan ibarətdir ki, proses söz vəbəyanat mərhələsindən çıxaraq icra müstəvisinə qədəm qoyur. Bu isəBakının uzun illər ardıcıl şəkildə müdafiə etdiyi mövqenin –regionda real əməkdaşlıq yalnız konkret mexanizmlər üzərindənmümkündür tezisinin təsdiqidir”.
Deputat vurğulayıb ki, TRIPP sənədinin ABŞ Prezidenti DonaldTrampın adını daşıması Vaşinqtonun prosesə verdiyi siyasi önəminaçıq nümayişidir:
“Bu, ABŞ-nin regiondakı təşəbbüslərə formal deyil, məhz icrayayönəlik yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər.Sənədin açıqlanması ilə ABŞ bir daha göstərir ki, üzərinə götürdüyüöhdəlikləri yalnız diplomatik bəyanatlarla məhdudlaşdırmır, onlarınimplementasiyasında da fəal rol oynamağa hazırdır.
Azərbaycan prizmasından baxdıqda bu amil xüsusiləəhəmiyyətlidir. Çünki rəsmi Bakı hər zaman beynəlxalqvasitəçilərdən balanslı, obyektiv və nəticəyönlü mövqe gözlədiyiniaçıq şəkildə bəyan edib. TRIPP sənədi ABŞ-ın məhz bu yanaşmanınümayiş etdirdiyini göstərir”.

J.Əliyeva bildirib ki, TRIPP sənədinin ən mühüm siyasimesajlarından biri onun Zəngəzur dəhlizinin reallaşmasıistiqamətində atılan növbəti addım kimi dəyərləndirilməsidir:
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına sonmüsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq müzakirəmövzusu deyil, reallaşmaqda olan bir layihədir. Bu sənəd Zəngəzurdəhlizinin regional və beynəlxalq səviyyədə qəbul ediləniqtisadi-logistik layihə kimi möhkəmlənməsinə xidmət edir. Dəhlizinaçılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşaəlaqəni təmin etməklə yanaşı, Cənubi Qafqazı Şərq-Qərb vəŞimal-Cənub nəqliyyat marşrutlarının mühüm halqasına çevirir. Buisə Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır”.
Milli Məclisin üzvü əlavə edib ki, TRIPP sənədini bütövlükdəreallaşma kontekstində növbəti addım kimi təqdim etmək taməsaslıdır.
“Artıq proses deklarativ səviyyəni arxada qoyub və işçi qaydada,mərhələli şəkildə davam etdirilir. Bu mərhələlilik Azərbaycan üçünməqbul və məqsədəuyğun yanaşmadır, çünki rəsmi Bakı hər zaman realnəticə verən, addım-addım icraya əsaslanan modeli üstün tutub.
Gözlənilir ki, bundan sonra texniki, hüquqi və institusionalməsələlər üzrə danışıqlar intensivləşəcək, tərəflər arasındapraktiki əməkdaşlıq mexanizmləri daha da dəqiqləşdiriləcək. Bu daZəngəzur dəhlizinin və ümumilikdə regional kommunikasiyalarınaçılmasının geri dönməz xarakter aldığını göstərir”, - deyə ofikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Səbinə Salmanova isəTrend-əaçıqlamasında deyib ki, yanvarın 14-də ABŞ və Ermənistan arasında“TRIPP Implementation Framework” (TIF) sənədinin imzalanmasıregionda son aylarda formalaşan müsbət diplomatik dinamikanınməntiqi davamı kimi qiymətləndirilə bilər:
“Xüsusilə 8 avqust Vaşinqton görüşündən sonra Cənubi Qafqazdakommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanıntəşviqi istiqamətində aparılan müzakirələr bu sənədlə daha konkretçərçivəyə salınır. Azərbaycanın mövqeyindən baxdıqda prosesin məhzmərhələli və institusional əsasda irəliləməsi bölgədə dayanıqlısülh və əməkdaşlıq üçün zəruri şərt kimi çıxış edir”.

Deputat bildirib ki, ABŞ administrasiyasının onun icrası vəimplementasiyası ilə bağlı açıq öhdəlik nümayiş etdirməsiVaşinqtonun prosesə yalnız siyasi deyil, praktiki yanaşdığınıgöstərir:
“Tramp administrasiyasının regionla bağlı verdiyi mesaj ondanibarətdir ki, razılaşmalar kağız üzərində qalmamalı, realnəticələrə çevrilməlidir. Bu yanaşma Azərbaycanın uzun müddətdirmüdafiə etdiyi prinsipə – razılaşdırılmış öhdəliklərin tam vəvaxtında yerinə yetirilməsinə uyğun gəlir”.
S.Salmanova əlavə edib ki, bu baxımdan, TIF sənədininimzalanması yekun mərhələ deyil, reallaşma kontekstində ardıcıladdımlardan biri kimi təqdim olunmalıdır.
“Qarşıdakı dövrdə prosesin işçi qaydada, texniki vəinstitusional mexanizmlər vasitəsilə davam etdirilməsigözləniləndir. Azərbaycan üçün əsas prioritet dəyişməz qalır:regionda bütün kommunikasiyaların açılması, qarşılıqlı faydayaəsaslanan əməkdaşlıq və əldə olunmuş razılaşmaların real icrası. Buxətt üzrə atılan hər bir addım ümumi sülh gündəliyinə xidmət edir”,- deyə o qeyd edib.