AZ

Elnur Rzayev Gödəkli kəndində növbəti səyyar qəbul keçirib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Gödəkli kəndində növbəti səyyar qəbul keçirib.
Qəbuldan əvvəl rayon rəhbərliyi Gödəkli kəndində Şəhidlər Abidə Kompleksi önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
 
Seçilən
97
7times.az

1Mənbələr