AZ

Böyük Britaniya Qrenlandiyaya bir hərbçi göndərib

Böyük Britaniya Qrenlandiyaya bir hərbçi göndərib

Böyük Britaniya Danimarkanın xahişi ilə Qrenlandiyaya yalnız bir hərbi nümayəndə göndərib.

AFN.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, britaniyalı hərbçi “Arktik Dözümlülük” (Arctic Endurance) adlı təlimlərin hazırlığına qatılacaq və digər NATO ölkələrinin hərbçiləri ilə birgə fəaliyyət göstərəcək.

London ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya Çin və Rusiya tərəfindən mümkün təhlükə barədə narahatlığını bölüşür. “Biz Trampın Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını anlayırıq. NATO və Birgə Ekspedisiya Qrupu (JEF) Arktikada təhlükəsizliyi gücləndirir”, – açıqlamada bildirilib.

Təlimlərin keçirilməsi Qrenlandiyanın təhlükəsizliyinin artırılması və müttəfiq qüvvələrin soyuq hava şəraitində dözümlülüyünü və döyüş hazırlığını yoxlamaq məqsədi daşıyır. “Arktik Dözümlülük” təlimləri Şimal Avropasında keçirilən hərbi proqramın bir hissəsi olub və 10 Şimali Avropa ölkəsinin iştirak etdiyi Birgə Ekspedisiya Qrupunun (JEF) qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə yönəlib.

Seçilən
33
afn.az

1Mənbələr