AZ

Britaniya ordusunda narkotik istifadəsi qalmaqalı: Çox sayda hərbçi qovuldu

Britaniyanın "Səhra siçovulları" 7-ci zirehli briqadasının 32-ci mühəndis alayının 23 istehkamçısı narkotik testi müsbət çıxdıqdan sonra ölkə ordusundan qovulub.

Bu barədə "The Sun" nəşri məlumat verib.

Məlumata görə, əsgərlərdən biri kokain saxlanmasına görə həbs edildikdən sonra alayın ümumi müayinəsinin keçirilməsinə qərar verilib. 250 əsgərdən nümunələr götürülüb. Nəticədə təxminən hər 10 əsgərdən birinin test nəticəsi müsbət çıxıb.

"Bu, kütləvi haldır. Narkotiklə bağlı həbslər getdikcə daha geniş miqyas alır, amma bir alayın bir dəfədə 23 əsgər itirməsi, demək olar ki, görünməmiş haldır. Alay təxminən 550 nəfərdən ibarətdir, yəni alay təlim keçmiş şəxsi heyətin ümumi sayının təxminən 5%-ni itirir", - deyə "The Sun" qəzeti müdafiə nazirliyindəki mənbənin şərhindən sitat gətirib.

Qəzetin məlumatına görə, son 8 ildə Britaniya Ordusunun ən azı 7 000 hərbi qulluqçusu narkotik maddə istifadəsinə görə qovulub.
Seçilən
69
7news.az

1Mənbələr