AZ

"Arsenal" "Mançester Siti"nin istədiyi müdafiəçini satmayacaq

Bakı. Trend:

"Arsenal" qış transfer pəncərəsində Ben Uaytla yollarınıayırmağı planlaşdırmır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, London klubu daha çox oyunpraktikası əldə etmək üçün komandasını dəyişmək istəməsinəbaxmayaraq, 28 yaşlı futbolçunu satmaq niyyətində deyil.

"Everton" və "Mançester Siti"nin ciddi marağına rəğmən,“topçular” mövqelərindən geri çəkilmirlər. Klub Uaytınuniversallığını yüksək qiymətləndirir. İngiltərəli sağ cinahmüdafiəçisi bu mövsüm paytaxt təmsilçisinin heyətində 14 oyundameydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Müdafiəçinin klubla müqaviləsi daha iki il yarım müddətinəqüvvədədir. Bu səbəbdən "Arsenal" mövsümün gedişində futbolçunuburaxmaq üçün hər hansı əsas görmür.

Seçilən
124
az.trend.az

1Mənbələr