Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İranda keçirilən tiraz aksiyaları qiymətlərin günbəgün bahalaşması ilə əlaqədardır. Milli pul etibardan düşüb. Dolların artıq həddən artıq bahalaşıb. Əhalinin əlində olan pulların da dəyəri düşüb. Aksiyalar Tehrandan başladı, onların arxasınca tələbələr aksiyalara qatıldılar. Daha sonra isə kasıb şəhərlər etiraz aksiyalarına qoşuldu”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi bildirib ki, bütün baş verənlər 47 illik səhv siyasətin nəticəsidir.
Maşallah Rəzmi
“Mollalar milləti o qədər təhqir edib ki, insanlar daha mollaları saymırlar. Mollalar küçələrə molla geyimi ilə çıxa bilmir. İnsanlar onların üzünə tüpürür, daş atırlar. Bəzi şəhərlərdə cümə namazları var idi ki, onlarən yığışdırılması düşünülür. Çünki mollaların danışdığı mövzular milləti narahat edir”-deyə Maşallah Rəzmi qeyd edib.
“Bu gün şahın tərəfdarları şahın oğlununun hakimiyyətə gəlməsini istəyir. Amma onların təbliğatı lazım olduğu qədər aparılmır”-deyə siyasi şərhçi bildirib.
Maşallah Rəzminin sözlərinə görə, onların da İranda media agentlikləri var və İsrail də onlara himayədarlıq edir: “Onların səsi yüksəkdir. Onların əli ilə hansısa dəyişikliklər həyata keçirmək olar. Əsas dəyişikliklər İranın daxilində olacaq. Əgər hökumət dəyişilsə, daxildən dəyişiləcək. İnqilab olması düşünülməsə də, hökümətin içindən dəyişikliklərin olacağı gözlənilir”.
Maşallah Rəzminin İrandakı etiraz aksiyaları haqda şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.