AZ

Ankara İdarə Məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı İstanbul Valiliyinə sorğu göndərib

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ankara İdarə Məhkəməsi  bu ölkədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəylinin üzərinə qoyulmuş G-82 kodunun (Terrorçu təşkilata üzv olma) dəqiqləşdirilməsi ilə bağlı  İstanbul Valiliyinə sorğu göndərib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Hacıbəyli özünün sosial şəbəkə səhifəsində yazıb.

“Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”.

Gültəkin Hacıbəyli daha sonra Türkiyə MİT başqanına müraciət edib.

“Türkiyə MİT-i məni niyə və hansı əsasla terrorçu hesab edir” sualı ilə başlayan müraciətdə sabiq deputat barəsində ədalətli qərar verilməsini xahiş edib.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
icma.az

1Mənbələr