AZ

Azər Türk Bank ötən ili uğurla başa vurub

Bakı. Trend:

Azər Türk Bankın 01 yanvar 2026-ci il tarixinə aktivləri 2,2milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə787,3 milyon manat təşkil etmişdir. Qeyd edək ki, kiçik və ortabiznes (KOB) subyektlərinə verilən kreditlərin həcmi ötən dövrləmüqayisədə 32,5%, istehlak kreditləri 11% artmışdır.

2025-ci ildə Bankın gəlirləri 13% artaraq, 165 milyon manat,xərcləri 155 milyon manat, əməliyyat mənfəəti 22 milyon manatsəviyyəsində olmuşdur. İl ərzində Azər Türk Bank 10 milyon manathəcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 12% artımla 110,8 milyon manatolmuşdur. Azər Türk Bankın nizamnamə kapitalının həcmi 100,5 milyonmanatdır

Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,6milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 7%çoxdur. 2025-ci ildə əhali tərəfindən banka 232 milyon manat əmanətqoyulub.

Bank tərəfindən il ərzində 2820 POS-terminal və təmassızəməliyyatları dəstəkləyən yeni nəsil 18 ATM müştərilərin ixtiyarınaverilməklə, bu xidmət avadanlıqlarının sayı müvafiq olaraq, 7713 və83 ədəd olmuşdur Bankomatlarda bütün növ kartlar üçün təmassızfunksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlardasmartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür.

Ötən il Bank və “Visa” Beynəlxalq Ödəniş Sistemi arasındarəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsisahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərininmüəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.

Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığıninkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçünilkin olaraq Azər Türk Banka təqdim edilir.

Həmçinin, keçən ildən etibarən Bank dünyanın aparıcı ödənişşəbəkələrindən biri olan UnionPay International beynəlxalq ödənişsisteminə aid kartlar üzrə xidmətə başlamışdır. UnionPay brendi ilətərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmətobyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edir.

Qeyd edək ki, 2025-ci ildə Azər Türk Bankın nümayəndələriFrankfurt şəhərində keçirilən Sibos forumunda iştirak etmişlər.Bankın bu nüfuzlu forumda iştirakı qlobal maliyyə icması ilə açıqdialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyinigöstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və stratejikursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakımövqeləri möhkəmləndirilir.

Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank”ASC-nin səhmlərinin 51 % hissəsini əldə edərək bankın yeni səhmdarıolub. Bununla da Bank öz inkişafının yeni fazasına daxilolmuşdur.

Görülən işlərin nəticəsi olaraq, beynəlxalq reytinq agentliyi"S&P Global Ratings" "Bankın uzunmüddətli və qısamüddətliemitent kredit reytinqlərini "B+/B" səviyyəsində, sabit proqnozlatəsdiqləyib.

Seçilən
98
1
az.trend.az

2Mənbələr