AZ

Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir

Bakı, 15 yanvar, AZƏRTAC

Dünyada ciddi iqlim dəyişikliyi baş verir. Qlobal istiləşmə özü ilə quraqlıq da gətirir. Yaranan vəziyyət su ehtiyyatlarına yeni yanaşmanı tələb edir. Mövcud ehtiyyatları qorumaq və ondan səmərəli istifadə etmək zərurəti meydana çıxıb. İndi bütün dünya həm bu prosesə uyğunlaşmağa çalışır, həm də yaranan problemləri aradan qaldırmaq üçün mübarizə aparır. 5-10 il əvvəl heç kim su problemlərindən danışmırdı. Bu günlər üçün hazırlıq da görülmürdü. Yalnız bir ölkədən – Azərbaycandan başqa.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə hələ 20 il əvvəldən su ehtiyyatlarının qorunması və səmərəli iştifadəsi ilə bağlı addımlar atılmağa başladı. Bu müddət ərzində dörd böyük su anbarı inşa edildi ki, onların da potensialı 500 milyon kubmetrdən çoxdur. “Taxtakörpü” və “Şəmkirçay” su anbarları bu baxımdan xüsusilə diqqət çəkir. Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bu istiqamətdə indiyədək görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verdi.

QDövlət başçısının çıxışından bir məsələni anladıq. Su ehtiyyatlarının qorunması və səmərəli istifadəsi Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir. Təsadüfi deyil ki, artıq dünyada su ehtiyatları uğrunda mübarizə gedir. Bol su ehtiyatına malik ölkələrə qarşı gizli planlar cızılır. Hansı ki, 100 ildən artıqdır belə planlar neft ölkələrinə qarşı hazırlanırdı. Azərbaycan isə hətta belə çətin geosiyasi vəziyyətdə öz torpaqlarını işğaldan azad edib, həmin ərazilərdə böyük layihələr reallaşdırır. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. “Suqovuşan” və “Sərsəng” su anbarları bu baxımdan xüsusilə əhəmiyyət daşıyır. İşğaldan azad edilən digər ərazilərdə “Köndələnçay”, “Xaçınçay”, “Zabuxçay” su anbarı yenidən qurularaq istismara verilib. Bundan başqa “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi nəzərdə tutulur”, - deyə o vurğulayıb.

A.Balayev əlavə edib ki, genişmiqyaslı və müfəssəl dövlət proqramının əsas məqsədi Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu dayanıqlı içməli su ilə təmin etməkdir. Bu məqsədlə yeni su anbarlarının tikintisi nəzərdə tutulur. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Digər tərəfdən kanalizasiya xidməti göstərilən əhalinin 95 faizə çatdırılması əsas hədəflərdəndir. Nəzərə alaq ki, indi bu göstərici cəmi 50 faiz təşkil edir. Leysan yağışlarından sonra yaşanan problemlərin də proqramın icrası nəticəsində öz həllini tapacağı gözlənilir.

Seçilən
171
azertag.az

1Mənbələr