“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” hazırda Ukraynanın “Polesye” klubunda çıxış edən Emil Mustafayevlə anlaşıblar.
Azərbaycanlı yarımmüdafiəçinin yaxın zamanda komandanın Türkiyədəki toplanışına qoşulması gözlənilir.
Sumqayıt klubunun Mustafayevi icarə əsasında heyətinə qatdığı bildirilir.