Öldüyü ehtimal edilən hindli qadın dəfn mərasimi zamanı dirilib.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan Live" qəzeti məlumat yayıb.
Qeyri-adi hadisə Maharaştra ştatında baş verib. 103 yaşlı qadın iki ay idi ki, yataq xəstəsi idi. Ömrünün son günlərində yeyib-içmirdi. Hərəkətdən dayananda qohumları onun öldüyünü düşünüblər. Amma bir anda hindli qadının nəvəsi onun ayaq barmaqlarının tərpəndiyini görüb.
"Pambığı (dəfn hazırlıqlarının bir hissəsi) burnundan çıxaranda o, ağır-ağır nəfəs almağa başlayıb", - nəvəsi bildirib.
Qadın möcüzəvi şəkildə həyata qayıtdıqdan sonra ailə dəfn mərasimini ləğv edib və əvəzində yüz illik yubileyini qeyd edib.