AZ

Maşın qaz xəttinə çırpıldı - Beş kənd qazsız qaldı

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.

Redaktor.az xəbər verir ki, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.

Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.

Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.

Seçilən
159
10
redaktor.az

10Mənbələr