AZ

Almaniya Türkiyəni Avropa təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən əsas müttəfiq kimi görür



Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyəni Avropanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verən əsas müttəfiq hesab etdiyini bildirib.Almaniya Müdafiə Nazirliyi Boris Pistorius ilə Türkiyənin müdafiə naziri Yaşar Güler arasında yanvarın 14-də Berlində keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

Bəyanata görə, Almaniya naziri Pistorius Türkiyəni Avropa təhlükəsizliyinə əhəmiyyətli töhfə verən əsas müttəfiq hesab etdiyini bildirib və NATO-nun cənub cinahının təhlükəsizliyinin təmin edilməsində Türkiyə Silahlı Qüvvələrinin mühüm rolunu vurğulayıb.


Pistorius qeyd edib ki, silah əməkdaşlığı çərçivəsində ölkəsi Türkiyənin Avropa Səma Qalxanı Təşəbbüsü (ESSI) birgə satınalma çərçivə sazişində iştirak etmək istəyini dəstəkləyir.

Görüşdə NATO-dakı mövcud inkişaflar və 2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan NATO Zirvəsinə hazırlıq məsələləri müzakirə olunub. Ukrayna və Suriyadakı son vəziyyət, eləcə də müdafiə və silah sahələrində əməkdaşlıq da müzakirə olunub.

ESSI, Avropa hava müdafiəsindəki boşluqları aradan qaldırmaq üçün Almaniyanın rəhbərliyi altında 2022-ci ilin avqust ayında fəaliyyətə başlayıb.

Təşəbbüs, raket və hava hücumlarına qarşı quru əsaslı hava müdafiə sistemlərinin birgə investisiya qoyuluşu və birgə satın alınması yolu ilə Avropanın müdafiə qabiliyyətlərini sürətlə artırmağı hədəfləyir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
37
aia.az

1Mənbələr