Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında“Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupunfəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiyaxidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzindəOmbudsman Aparatının əməkdaşları tərəfindən monitorinqkeçirilib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımıhaqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” AzərbaycanRespublikasının qanunları əsasında təşkil olunmuş monitorinqinməqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərininaraşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərinhüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma,tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etməkhüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi vəəməkdaşlarla söhbət aparılıb.
Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadətotaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib,reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydadaqəbul edilib.
Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsihəyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləriaraşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədəməlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.
Monitorinq çərçivəsində Ombudsmanın “916” Çağrı Mərkəzininfəaliyyəti barədə informasiyanı əks etdirən məlumat lövhələrininmövcudluğu və reabilitasiya keçən şəxslərin Ombudsmana müraciəthüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrlərimərkəzin nümayəndələrinə təqdim edilib.
Qeyd etmək lazımdır ki, reabilitasiya xidmətləri göstərənmərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi,müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinintəkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunmasızəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətinreabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşmasıxüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyətçəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cürmərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının danarahatlıq doğurduğu vurğulanmalıdır.
Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiyaxidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davametdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlilişinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrinhazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdətutulur.