AZ

Yapışmayan tavalar qaraciyəri MƏHV EDİR – Alimlərdən ciddi XƏBƏRDARLIQ

Yapışmayan tavalar qaraciyəri öldürür.

İnterpress.az xəbər verir ki, bu barədə “Environmental Research” elmi jurnalında dərc olunan araşdırmada bildirilib.

Alimlər mətbəxdə istifadə edilən yapışmayan (yanmayan – tefal) örtüklü qabların insan sağlamlığına ciddi ziyan vurduğunu aşkar ediblər.

Araşdırmalara görə, bu qabların səthindəki örtük hissəcikləri yeməyə qarışır, orqanizmdə toplanır və nəticədə qaraciyərin piylənməsi xəstəliyinə (qaraciyər steatozu) səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, belə tavalarda nə qədər tez-tez yemək bişirilərsə, risk bir o qədər yüksək olur.

Bu vəziyyət xüsusilə uşaqlar və yeniyetmələr üçün daha böyük təhlükə yaradır.

Həkimlər mətbəxdən yapışmayan örtüklü qabları yığışdırmağı və onlardan istifadəni dayandırmağı tövsiyə edirlər.

Bildirilir ki, bu xəstəlik uzun müddət gizli şəkildə inkişaf edə bilər, lakin sonda ciddi fəsadlara gətirib çıxarır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr