Musavat.com xəbər verir ki, Putin müharibənin başlanmasını izah edərək, Rusiya üçün verilən açıq vədlərin pozulmasının böhrana səbəb olduğunu vurğulayıb.
Putin Rusiya hökumətinin "balanslaşdırılmış siyasət" yürütməyə davam edəcəyini və "çoxqütblü dünyanın" tərəfdarı olduqlarını qeyd edib.
O həmçinin, Rusiyanın bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmağa davam edəcəyini və Cənubi Koreya ilə əlaqələrin bərpasına maraqlı olduqlarını bildirib.
Prezident Avropa ölkələri ilə əlaqələrin bərpası məsələsində də söz açıb, Rusiyanın bu əlaqələrin normallaşmasını və Avropa ilə münasibətlərin bərpasını gözlədiyini bildirib.
Putin Rusiyanın beynəlxalq münasibətlərdə "konkret və konstruktiv siyasi kursunu" davam etdirəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31