Bakı Dövlət Universitetində “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan dili milli kimliyimizin və mənəvi varlığımızın əsas sütunlarından biridir və saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək dilin qorunması və inkişafı üçün fərman və proqramlar imzalamışdır, o cümlədən “Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə dair Dövlət Proqramı” və digər mühüm sənədlər.