AZ

Azərbaycanda işləyən mütəxəssis Real ın məşqçisi oldu FOTO

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

Sportal.az "Futbolxeber.az"a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin köməkçilərindən biri vaxtilə Azərbaycanda çalışıb. Söhbət fiziki hazırlıq üzrə mütəxəssis Rikardo da Silvadan gedir. Belə ki, o, 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.

Qeyd edək ki, P.Qonzales 2013-2016-cı illərdə Azərbaycan yığmasını çalışdırıb.

Əlavə edək ki, Rikardo da Silva "Kastilya"da Arbeloa ilə birgə çalışıb. Buna qədər isə o, "Rayo Valekano" və "Valensiya"da işləyib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
6
sportal.az

7Mənbələr