AZ

Trampı təhqir edən “Ford” işçisinə 1 milyon dollara yaxın ianə TOPLANDI

Trampı təhqir edən Ford işçisi təxminən bir milyon dollar ianə alıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-də maraqli hadisə yaşanıb. Donald Trampı təhqir edən “Ford” şirkətinin əməkdaşı Ti Cey Sabulaya dəstək məqsədilə 800 min dollardan (təxminən 1 milyon 360 min manat) çox vəsait toplanıb.

Amerikalılar Trampı “pedofillərin müdafiəçisi” adlandıran bu şəxsi ABŞ vətənpərvəri hesab ediblər və ona maddi yardım göstəriblər.

Hazırda baş verən insidentlə bağlı araşdırma aparıldığı üçün Sabula şirkətdəki işindən müvəqqəti kənarlaşdırılıb. Buna baxmayaraq, o, öz hərəkətindən peşman olmadığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
135
interpress.az

1Mənbələr