AZ

Dünyada yığım vasitəsi kimi gümüş yox, daha çox qızıl qəbul edilir İqtisadçı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qlobal maliyyə bazarlarında qiymətli metallar nəzərəçarpacaq artımlarla başlayıb. Gümüş 3,6 faiz bahalaşaraq tarixdə ilk dəfə bir troya unsiya üçün 90 dollar həddini keçib. Qiyməti nə qədər yüksəlirsə yüksəlsin dünyada yığım vasitəsi kimi gümüş yox, daha çox qızıl qəbul edilir”.

İqtisadçı ekspert Xalid Kərimli bu fikri 525.az-a bildirib.

O qeyd edib ki, qızıldan fərqli olaraq gümüşün sənaye əhəmiyyəti daha yüksəkdir. Təkcə qiymətli metal kimi yox, həm də sənayedə istifadə olunur. Gümüşün qiyməti buna görə təkcə qiymətli daş kimi yox, eyni zamanda sənaye tələbindən də formalaşır:

“Gümüş heç vaxt yığım aləti kimi qızılı əvəz edə bilməz. Bu mümkün deyil. Gümüşə olan sənaye tələbi də qiymətə təsir edir”.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
525.az

1Mənbələr