AZ

“Əl İttihad” Messiyə 1,4 milyard avro maaş təklif edib

“Əl İttihad” klubunun prezidenti Ənmar Əl Xayli Argentina millisinin üzvü Lionel Messiyə təklif göndərdiyini bildirib.

Msport.az xəbər verir ki, o, hələ də ulduz futbolçunun onun dəvəinə müsbət yanaşacağına ümid etdiyini deyib:

“Messinin PSJ ilə müqaviləsi başa çatanda əlaqə saxladım. Onun ilinə 1,4 milyard avro təklif etdim. Lakin ailəsi ABŞ-da yaşamağa üstünlük verdiyindən imtina etdi. Messinin qərarına hörmətlə yanaşıram və “Əl İttihad” hər zaman onun gəlişinə şad olardı. İstədiyi vaxt gələ bilər.

Əgər Leo razılaşsa, ona elə müqavilə təklif edəcəm ki, ömrünün sonunadək istədiyi qədər qazana bilsin. Messinin Səudiyyə Ərəbistanı futboluna gəlməsi, maddi anlamda mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Messini ona görə istəyirəm ki, dünya futbol tarixinin ən yaxşısı burda olsun”.

Seçilən
94
msport.az

1Mənbələr