AZ

YPX hadisəyə dərhal müdaxilə etdi

Bu gün Nəsimi rayonunda, Alı Mustafayev küçəsində körpü üzərində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər YPX əməkdaşlarının və vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.

Publika.az xəbər verir ki, bununla bağı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial mediada videogörnütlər yayıb.

Sözügedən videoda təcili tibbi yardımın hadisə yerinə təhlükəsiz və manesiz çatması üçün yol polisi tərəfindən dərhal şərait yaradıldığı əks olunur.

Seçilən
67
publika.az

1Mənbələr