AZ

Rusiya hiss edərsə ki, məğlub olur, nüvə silahına əl atacaq – RF Xarici və Müdafiə Siyasəti Şurasının rəyasət heyətinin sədri

Əgər Rusiya Ukraynadakı müharibədə məğlubiyyətə yaxınlaşarsa, Avropadakı müttəfiqlərinə qarşı nüvə silahından istifadə edəcək.

Bunu Rusiya Federasiyasının Xarici və Müdafiə Siyasəti Şurasının rəyasət heyətinin sədri Sergey Karaganov amerikalı mühafizəkar jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

O, təkcə nüvə silahı təhlükəsinin kifayət edəcəyinə ümid etdiyini bildirib: “Lakin əgər onlar bu müharibəni dəstəkləməyə davam etsələr, bir çox ukraynalı və digərlərini qurban versələr, Rusiyanın səbri tükənəcək və biz onları sərt şəkildə, ümid edirəm ki, məhdud şəkildə cəzalandırmalı olacağıq”, – o deyib.

Karaganov bildirib ki, Kreml üçün müharibə “yalnız Rusiya Avropanın tam məğlubiyyətinə nail olduqda bitə bilər və bitməlidir. Ümid edirəm ki, Avropa məhv olmadan. Biz yalnız Ukrayna döyüşmürük. Biz yenidən Avropa ilə döyüşürük”, – deyə o vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr