Avtosfer saytına istinadən ain.az xəbər verir.
Servis xidmətinin sürücüsü taksinin aynasını başı ilə sındırıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, Esenyurt rayonunda servis xidmətinin sürücüsü tıxaclı yolda taksi sürücüsü ilə aralarında yol vermək üstündə mübahisə yaşanıb. Nəticədə servisin sürücüsü digərinə nalayiq ifadələr işlədib.
Taksi sürücüsü öz növbəsində mobil telefonun video rejimini işə salaraq ona dediklərini bir daha dilə gətirməsini söyləyib. Bundan daha da hiddətlənən servis sürücüsü mikroavtobusdan enərək taksiyə hücum çəkib. Taksiçidən qapını açmasını istəyən əsəbi sürücü aynaya bir-iki yumruq zərbəsi endirib, ardınca da başı ilə aynanı sındırıb və ondan telefonu almağa çalışıb. Ətrafdakı hərəkət iştirakçılarının hay-küyündən sonra sürücü sükan arxasına qayıdaraq yoluna davam edib.
Esenyurt Polis İdarəsinin Yol Polisi bölməsinin əməkdaşları sosial mediada yayımlanan videonu araşdıraraq hərəkətə keçiblər və servis sürücüsünü saxlayıblar. Qanunsuz parketmə və piyadaların hərəkətinə mane olma ittihamı ilə o, ümumilikdə 100 manat cərimələnib. Bundan əlavə, o, digər qanun pozuntusuna görə polis idarəsinə gətirilib və sənədləşdirmədən sonra hakim qarşısına çıxarılacaq.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 20
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.