AZ

Sürücülərin NƏZƏRİNƏ: Cərimələrdən bu yolla qurtulmaq olar

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Bir çox vətəndaşın bilmədiyi vacib məqam ondan ibarətdir ki, əgər DYPİ tərəfindən qanunsuz cərimə tətbiq edilibsə, protokoldan şikayət vermək mümkün deyil. Məhkəmə yalnız qərardan verilən şikayətə baxır, protokoldan yox. Buna görə mütləq şəkildə qərar əldə edilməli və həmin qərardan iyirmi gün müddətində şikayət verilə bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib."Lakin praktikada bu qərarı əldə etmək asan olmur. Qərar adətən yalnız DYPİ-nin elektron portalında yerləşdirilir və vətəndaşa təqdim edilmir. Əgər şəxs özü müraciət etməsə, qərarı əldə etmək mümkün olmur".O bildirib ki, vətəndaş özü təşəbbüs göstərməli və qərarın surətini almalıdır:"Bunun üçün hüquqşünas və ya vəkil olmağa ehtiyac yoxdur. Şikayət ərizəsində sadəcə hadisənin baş verdiyi tarixi, əgər varsa sübutları qeyd edib, cərimənin silinməsini və qərarın ləğvini xahiş etmək kifayətdir.Hadisə hansı ərazidə baş veribsə, həmin ərazi üzrə məhkəməyə müraciət edilməlidir. Məsələn, Apşeron rayonunda baş veribsə, Apşeron rayon məhkəməsinə müraciət edilir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
demokrat.az

1Mənbələr