AZ

Davranışına görə “2” aldı

Antonio Konte gözlənilən cəza ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Napoli”nin baş məşqçisi 2 oyunluq diskvalifikasiya edilib. Buna A seriyasının “İnter”lə 2:2 hesabı ilə başa çatan matçında Kontenin hakimlərə qarşı sərt davranışı səbəb olub. Komandasının qapısına təyin edilən penaltiyə kəskin etiraz edən və hakimlərə təzyiq edən italiyalı çalışdırıcı qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

Konte 15 min avro məbləğində cərimə də ödəyəcək. Beləliklə, o, “Parma” (14 yanvar) və “Sassuolo” (17 yanvar) ilə oyunlarda komandasına hər hansı göstəriş vermək hüququndan məhrum edilib.

Seçilən
124
1
football-plus.az

2Mənbələr