AZ

Dəm qazı iki nəfərin həyatına son qoyubVİDEO

Sumqayıt şəhərində dəm qazı 48 yaşlı şəxsin həyatına son qoyub.

Yaxınlarının verdiyi məlumata görə, Vəfadar Abdulzadə axşam işdən gəldikdən sonra hamama girib.  Zəhərlənmə də bundan sonra olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin artıq dünyasını dəyişdiyini təsdiqləyib. 

Dəm qazı Gəncədə də ölümə səbəb olub. Hamamda çimərkən halı pisləşən şəxsə göstərilən kömək nəticə verməyib.

35 yaşlı kişi dərhal yaxınlarının köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhhət adına Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
97
xezerxeber.az

1Mənbələr