AZ

Bakıda ana qızını bıçaqlayıbVİDEO

Bakıda 40 yaşlı qadın bıçaqlanıb, şübhəli kimi onun anası saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib. Polisə məlumat daxil olub ki, Səbirə Kazımova adlı qadın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparaılıb.

Dərhal istintaq qrupu hadisənin baş verdiyi ünvana gedib və zərərçəkmiş qadının ailə üzvlərinin ifadələri alınıb.

Yaralı qadın dərhal təcili tibbi yardım avtomobili ilə Sabunçu tibb mərkəzinə aparılıb.

Qonşular deyirlər ki, ailə sakit olub. Qadın həyat yoldaşı və qızı ilə illərdir həmin evdə yaşayıb.

Məlumatlara görə, qadınla qızı arasında mübahisə mülk üstündə olub. Qız evin satılıb pulun aralarında bölünməsini istəyirmiş və hadisənin də bu zaman baş verdiyi bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 69 yaşlı Fəridə Vəliyeva saxlanıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
74
xezerxeber.az

1Mənbələr