Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” və “Goldman Sachs” şirkətləri dördüncü rüb üzrə maliyyə hesabatlarını açıqlayıblar.
Banco.azxəbər verir ki, “Morgan Stanley” bankının xalis gəliri 17,89 milyard dollar təşkil edərək 17,62 milyard dollarlıq bazar gözləntisini üstələyib. Dördüncü rüb üzrə maliyyə hesabatını açıqlayan bankın faizdənkənar xərcləri isə 12,11 milyard dollar olub ki, bu da 12,27 milyard dollarlıq gözləntidən aşağıdır.
Bankın bir səhmə düşən mənfəəti 2,68 dollar təşkil edib. Özkapital gəlirliliyi isə 15,1 faiz gözləntisinə qarşı 16,9 faiz səviyyəsində reallaşıb.
“Morgan Stanley”nin kompensasiya (əməkhaqqı və mükafat) xərcləri 7,06 milyard dollar, kredit zərərləri üçün ayrılan ehtiyat isə 18 milyon dollar olub.
“Goldman Sachs” – xalis faiz gəliri gözləntiləri üstələdi
“Goldman Sachs” bankının dördüncü rüb üzrə xalis faiz gəliri 58 faiz artaraq 3,71 milyard dollar səviyyəsində formalaşıb və 3,24 milyard dollarlıq bazar gözləntisini üstələyib. Bankın ümumi xalis gəliri illik müqayisədə 3 faiz azalaraq 13,45 milyard dollar olub, investisiya bankçılığı gəlirləri isə 24 faiz artaraq 2,58 milyard dollar təşkil edib.
“Goldman Sachs”ın bir səhmə düşən mənfəəti 14,01 dollar səviyyəsində reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!