AZ

Rusiyada partlayış 9 nəfər yaralanıb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Sıktıvkar şəhərində Daxili İşlər Nazirliyinə məxsus peşə təlim mərkəzində partlayış olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış təlim mərkəzində tikinti işləri aparılarkən baş verib. Partlayış nəticəsində ən azı doqquz nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.

İlkin versiyaya görə, partlayışa təmir işləri zamanı qaz balonunun partlaması və ya səs qumbarası səbəb ola bilər.

Partlayışdan sonra binada təxminən 340 kvadratmetr sahəni əhatə edən yanğın baş verib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr