AZ

“Real” Alonson qərarında gecikdiyini etiraf etdi

Madrid“Real”ının rəhbərliyində baş məşqçi Xabi Alonsonun işdən çıxarılma vaxtı ilə bağlı fikir ayrılığı yaranıb.

 90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “kral klubu”nun bəzi rəhbərləri Alonsonun əməkdaşlığının dekabrın ilk günlərində dayandırılmasının tərəfdarı olub. Digərləri isə səbrli olmağı və vəziyyətin yaxşılaşmasını gözləməyi üstün tutublar.

Lakin “Real” 1/8 finalda “Albasete”yə 2:3 hesabı ilə uduzduqdan sonra rəhbərlik Alonsonu dekabrın əvvəlində göndərmək tərəfdarlarının haqlı olduğunu qəbul edib. Ən ideal vaxt kimi isə İspaniya çempionatının 15-ci turunda “Selta”ya qarşı keçirilən oyun (7 dekabr, 0:2) göstərilir.

Qeyd edək ki, Madrid klubu Xabi Alonsonla əməkdaşlığın dayandırıldığını 12 yanvar tarixində açıqlayıb.

Seçilən
44
90deqiqe.az

1Mənbələr