AZ

İkardinin iki penaltisini dəf edən qapıçı nələr dedi?

Türkiyə kubokunda qrup mərhələsinin 2-ci turunda ''Qalatasaray'' səfərdə ''Fəthiyəspor''la qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, bu turnirin son qalibi statusunda olan İstanbul nəhəngi 3-cü divizionda yerini qorumaq üçün oynayan iddiasız bir rəqib qarşısında bir xeyli əziyyət çəkməli olub. İlk yarısı qolsuz başa çatan matçda ''Cim-Bom'' Əbdülkərim Bardakcı və Barış Alpər Yılmazın qolları ilə 2:1 hesablı çətin qələbə qazanıb. İlk hissənin qolsuz bitməsində meydan sahiblərinin qapıçısı Arda Akbulutun böyük əməyi olub.

Belə ki, ''Trabzonspor''un yetirməsi olan bu əlcək sahibi 38-ci dəqiqədə mühüm seyvlərlə diqqət mərkəzinə düşüb. O, penalti zamanı İkardinin zərbəsini dəf etsə də, hakim qapıçının xətdən irəli çıxdığını bildirərək zərbəni tekrar etdirib. Arda Akbulut İkardinin yenə eyni küncə vurduğu zərbəni də dəf edərək qəhrəmana çevrilib. Tanınmış argentinalı forvard hətta şəxsən qapıçıya yaxınlaşaraq onu təbrik edib. Düzdü, onun performansı yekun nəticədə komandaya yardım etməyib.

25 yaşlı qapıçı oyundan sonra bunları deyib:
''Bu cür rəqibə qarşı belə futbol sərgiləmək asan deyil. Komandamız bu gün eyni hədəf uğrunda birləşməyi bacarmışdı. Ümid edirəm ki, digər matçlarda da bunu bacaracağıq. Penaltilərdə tamamilə öz hissiyatıma güvəndim. İkinci zərbəni də eyni küncə vuracağını hiss etdim və həmin istiqamətdə tullandım. Bu, sadəcə qismətdi''.
Seçilən
99
football-plus.az

1Mənbələr