Gürcüstanın tranzit qarşılığında pulsuz aldığı qazın həcmi 2020-ci ildən etibarən 1,8 dəfə artıb.
"Ölkə.az" xəbər verir ki, “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, həmin il Gürcüstan Azərbaycandan əlavə tədarük kimi 873 milyon kubmetr qaz alıb.
Proqnozlara əsasən, 2026-cı ildə bu göstərici 1,6 milyard kubmetrə çatacaq.
Qeyd olunur ki, 2066-cı ilə qədər qüvvədə olan müqaviləyə əsasən, Gürcüstan ölkə ərazisindən tranzitlə daşınan qazın həcminin 5%-dək hissəsini pulsuz almaq hüququna malikdir.
Bu isə Cənub Qaz Dəhlizinin yüklənmə səviyyəsi artdıqca Gürcüstana verilən qazın həcminin də yüksələcəyi anlamına gəlir.
Bununla belə, Gürcüstanda illik qaz istehlakı 3 milyard kubmetrdən çoxdur və tranzit qarşılığında alınan bu əlavə tədarüklərin ümumi istehlakdakı payı 0,1%-dən az təşkil edir.