Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Afrika Millətlər Kubokunun 1/4 finalında Kamerun milli komandasının Mərakeş yığmasına 0:2 hesabı ilə uduzduğu matçda qeyri-idman hərəkətinə görə dörd oyunluq cəzalandırılıb.
"Ölkə.az" bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Eto'O 2021-ci ildən Afrika Futbol Konfederasiyasına (CAF) rəhbərlik edən cənubi afrikalı iş adamı, filantrop və idman funksioneri Patris Motsepenin yanında hakimlərin qərarlarına narazılıq əlaməti olaraq qəzəbli jest edib.
CAF-ın İntizam Komissiyası 44 yaşlı Eto'Onu idman davranışı prinsiplərini pozmaqda təqsirli bilərək ona diskvalifikasiya edib və ona 20 min dollar məbləğində cərimə tətbiq olunub.